Türkiyənin Kayseri vilayətində yerli fermerlərin becərdikləri minlərlə ton kartof alıcı olmadığından anbarlarda çürümək üzrədir.
Medıaınfo.az yerlı mətbuata istinadən xəbər verir ki, bu məsələ ötən gün martın 25-də Böyük Millət Məclisindəki debatlarda qaldırılıb. Müxalifətdə olan İYİ partiyanın Aksaray millət vəkili Ayhan Erel Niğde, Kayseri və Aksarayda minlərlə ton kartofun anbarlarda çürümək üzrə olduğunu bildirib. Kəndlilərin probleminə diqqəti cəlb edib.
“Artıq anbarlarda kartof çürüməyə başlayıb. Bu ay içərisində, yəni bir-iki həftəyə alıcı tapılmasa zibilliyə töküləcək. Fermer mayası 1 lirəyə başa gələn kartofu 40 quruşa da satmağa hazırdır, amma alıcı yoxdur. Bu ay ərzində satış olmasa hesab edirəm ki, kəndlilər bu mövsüm kartof əkməyəcək”,-o bildirib.
Hakim AKP-nin Nevşehir millət vəkili Yücel Meneşke məsələ ilə bağlı söz alaraq deyib ki, kəndlilərin becərdiyi kartofun Azərbaycana və Gürcüstana satılmasını ən qısa zamanda başlatmaq üçün çalışmalar davam edir.
Qeyd edək ki, Azərbaycanda bu mövsüm yerli kartof istehsalı daxili tələbatı ödəməyə kifayət etməyib və artıq dekabr ayından etibarən ölkəyə Türkiyə də daxil olmaqla qonşu ölkələrdən kartof idxalı həyata keçirilir. Hazırda bazarlarda əsasən İran kartofu satışdadır və kiloqramı 70 qəpik-1 manat arasında dəyişir. Lakin tezliklə yerli istehsalçıların becərdiyi faraş kartof bazara çıxacaq və nəticədə köhnə kartofa tələbat kəskin azalacaq. Bu baxımdan Türkiyədən kartof idxalının nə dərəcədə mənfəətli ola biləcəyi sual altındadır.
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































