Yaponiyanın “Nissan” avtomobil konserni koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan məhdudiyyətlər fonunda gəlirlərinin azalması səbəbindən 20 min əməkdaşını ixtisar etmək imkanlarını nəzərdən keçirir.
Kyodo informasiya agentliyi xəbər verir ki, ixtisarlar ilk növbədə “Nissan” korporasiyasının Avropa regionunda və inkişaf etməkdə olan dövlətlərdəki əməkdaşlarına təsir edə bilər. Bundan başqa, avtomobil konserni Yaponiya ərazisindəki istehsalatını da yenidən qurmağı planlaşdırır.
Mayın 14-də “Nikkei” qəzeti “Nissan” korporasiyasının Barselonadakı zavodunu bağlamaq niyyətində olduğunu yazıb. Bu müəssisə ildə 200 min avtomobil istehsalı imkanlarına malik olsa da, ötən ilin nəticələrinə əsasən, onun konveyerindən cəmi 55 min maşın çıxıb. Zavodun bağlanması yenidənqurma üzrə plan çərçivəsində nəzərdən keçirilir. Plana əsasən, avtomobil konserni 2022-ci ilə qədər özünün qlobal istehsalat gücünün həcmini 20 faizə qədər azaltmalıdır.
Qeyd edək ki, Yaponiya və Fransanın müştərək “Renault - Nissan - Mitsubishi” alyansı girov müqabilində həbsdən buraxıldıqdan sonra Livana qaçan sabiq rəhbəri Karlos Qonla bağlı maliyyə qalmaqalından sonra dərin böhran vəziyyətinə düşüb. 2019-cu ildə hər üç kompaniyanın avtomobil satışları 10,9 faiz azalaraq 9,34 milyon ədəd təşkil edib. Alyans bu səbəbdən yaxın perspektivdə xərcləri azaltmaq və istehsalat effektivliyini artırmaq niyyətindədir.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































