"Belarus Azərbaycanın azad edilmiş ərazilərinin infrastrukturunun bərpasında və inkişafında fəal iştirak etməyə hazırdır".
Mediainfo.az xəbər verir ki, bu barədə “Report”a müsahibəsində Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov bildirib.
“Azad edilmiş ərazilər işlənməsiylə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına əhəmiyyətli töhfə verə biləcək münbit torpaqlarla zəngindir. Bu sahədə təcrübəmizi azərbaycanlı dostlarımızla bölüşməyə hazırıq və təklif edəcəyimiz şeylər var... Azərbaycanla əməkdaşlığımızın prioritet istiqamətlərindən biri kənd yerlərində bütün zəruri – sənaye, sosial və nəqliyyat - infrastruktura sahib Belarus aqroşəhərlərinə bənzəyən yaşayış yerlərinin tikilməsi ola bilər. Bu kontekstdə Azərbaycana ən yaxşı təcrübələrimizi təklif edə bilərik, çünki kənd quruluşuna bu cür yanaşma ölkəmizdə effektivliyini sübut edib”, - səfir deyib.
Diplomat həmçinin Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi ilə bağlı əldə etdiyi razılaşmaların bütün Cənubi Qafqaz regionuna uzunmüddətli iqtisadi fayda gətirəcəyini vurğulayıb.
“Yeni dəmir yolu və avtomobil yolları şəbəkəsi yaratmaqla yeni nəqliyyat və logistika məkanından istifadə, hava limanlarının tikilməsi, təbii ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran arasındakı kommunikasiyaya müsbət təsir göstərəcək. Gördüyümüz kimi bu istiqamətdə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qruplarının rəhbərliyi altında artıq işlər gedir və biz inanırıq ki, qarşıya qoyulan vəzifələr uğurla başa çatdırılacaq”, - o söyləyib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























