Böyük Britaniyada ölkənin Avropa İttifaqından (Aİ) çıxması barədə sazişin əsas hissələrini ləğv edəcək yeni qanun layihəsi hazırlanır, bu da rəsmi Londonla Brüssel arasında ticarət danışıqlarının uğursuzluqla başa çatmasını gətirib-çıxara bilər.
Mediainfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Nəşrin yazdığına görə, çərşənbə günü dərc olunacaq qanunun müddəalarının “Brexit” barədə sazişin Şimali İrlandiyanın Birləşmiş Krallığın gömrük məkanının bir hissəsi olan, eyni zamanda Aİ-nin vahid bazarına və gömrük zonasına çıxışını qoruyan subyekt olmaq statusunun hüquqi qüvvəsini itirməsi ilə nəticələnəcəyi gözlənilir.
Mənbənin qəzetə bildirdiyinə görə, yeni qanun rəsmi Londonun Aİ-dən çıxış üzrə razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edəcək və beynəlxalq hüquqa zidd olacaq.
Digər mənbə isə söyləyib ki, bu addım Britaniya Baş naziri Boris Consonun regionda sərt sərhədləşməyə qayıtmamaq üçün keçən oktyabrında imzaladığı Şimali İrlandiya üzrə müqaviləni açıq şəkildə pozacaq.
Qeyd edək ki, Britaniya çıxış şərtləri ilə bağlı üçillik danışıqlardan sonra 1 fevral 2020-ci il tarixində Aİ-dən ayrılıb. Brüssel və London bu ilin sonuna qədər bütün Avropa normalarının Birləşmiş Krallıq üçün də keçərli olacağı keçid dövrü tətbiq olunması barədə razılığa gəlib. Britaniya tərəfi keçid dövrünü vaxtını uzatmaqdan imtina edib.
İndi qalan bu müddət içərisində London və Brüssel gələcək münasibətlərin qurulması proseduruna dair sənədi razılaşdırmalıdır. Yeni ticarət qaydalarını şərtləndirəcək saziş imzalanmazsa, tərəflər keçid dövrü bitən kimi (31 dekabr 2020) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına əsasən ticarət aparmağa başlayacaqlar.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































