BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozuna görə, bu il dünya iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təxminən 3,2% azalacaq.
Mediainfo.az BMT-yə istinadən xəbər verir ki, 1930-cu illərdə Böyük Depressiyadan bəri baş verən ən kəskin iqtisadi daralma ilin əvvəlində 2,1% səviyyəsində olan iqtisadi proqnozları daha da mənfi edir.
"Gözlənilir ki, COVID-19 pandemiyası nəticəsində dünya iqtisadiyyatı növbəti iki il ərzində təxminən 8,5 trln. ABŞ dolları itirəcək. Bu da əvvəlki dörd il ərzində əldə edilən bütün irəliləyişləri məhv edəcək", - hesabatda bildirilir.
Departament mütəxəssislərinin fikrincə, inkişaf etmiş ölkələrdə 2020-ci ildə ÜDM istehsalı 5%-dək azalacaq, 2021-ci ildə bu göstəricinin 3,4% artması gözlənilir.
Bundan əlavə, tələbin kəskin azalması və qlobal tədarük zəncirlərindəki fasilələr 2020-ci ildə qlobal ticarətin 15% səviyyəsində azalmasına səbəb olacağı gözlənilir.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































