Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 2 216 448,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 305 233,9 min dollar və ya 16% çoxdur.
Mediainfo.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1 476 913,6 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 243 099,7 min dollar və ya 19,7% çoxdur. İdxalın həcmi isə 739 534,8 min dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk altı ayı ilə müqayisədə 62 134,2 min dollar və ya 9,2% artıb.
Nəticədə, 2020-ci ilin yanvar-iyun aylarında 737 378,8 min dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 180 965,5 min dollar və ya 32,5% çoxdur.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































