“Dolların daha çox satılmasının əsas səbəbi maliyyə sabitliyinin davam etməsidir. Vətəndaşlar görür ki, manatın məzənnəsi ilə bağlı risk yoxdur və ehtiyaclarına uyğun, topladıqları dolları satırlar. Bu da məzənnənin dəyişməyəcəyinə olan inamdan irəli gəlir”
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O bildirib ki, vətəndaşlar vəsaitlərin bir hissəsini dollarla saxlamaqla, məzənnə riskindən özlərini qorumağa çalışırlar:
“Əhali öz resurslarını sığortalamaq istəyir. Bu səbəbdən, vəsaitlərin bir hissəsini dollarla saxlamaqla, məzənnə riskindən özlərini qorumağa çalışırlar. Çünki manat dollara “yapışdırılıb” və hamı da bilir ki, bundan sonra manatın dollara olan məzənnəsi ancaq ucuzlaşma istiqamətində ola bilər. Ona görə də vətəndaşlar əllərində olan vəsaitin bir hissəsini dollarda saxlayır. Vətəndaş üçün dollarda vəsait saxlamağın tək mənfi tərəfi odur ki, banklar dollara görə çox az depozit faizi verir. Dollar depozitlərinin gəliri 2-3 faiz olduğu halda, manatda bu göstərici 10-12 faizdir”.
İqtisadçı Natiq Cəfərli isə vurğulayıb ki, sözügedən tendensiyanın bir neçə ciddi səbəbi var:
“Bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, bu il devalivasiyanın olma ehtimalı artıq sıfırlandı. Yəni bu il devalivasiya olamayacaq. Buna görə də, insanlar özlərində dollar saxlamağı mənasız görürlər. İkinci səbəb daha maraqlı və dərin səbəbdir. Əhalinin aylıq gəlirləri Azərbaycanda artmır. Nominal olaraq artır, amma real gəlirlər artmır. Əhali də məcbur olur ki, öz problemlərini həll etmək üçün yastıq altında saxladıqları dollar vəsaitini çıxarıb xərcləsin. Bu daha ciddi məsələdir və bu haqda daha çox düşünməyə dəyər. Vətəndaşların gəlirləri azaldıqca, həm kreditlərə müraciətlər artır, həm də dar gün üçün saxladıqları valyutanı manata çevirirlər”.
Rəsmi rəqəmlərə görə, banklar 2025-ci ilin ilk yeddi ayında əhalidən ümumilikdə nağd 1 milyard 156.7 mln. ABŞ dolları satın alıb. Bu satışlar keçən ilin analoji dövründə qeydə alınmış 1 mlrd. 753.8 mln. dollardan 34 faiz azdır. İlk yeddi ayın sonuna olan nəticəyə əsasən yerli banklar əhalidən nağd 1 mlrd. 177.8 mln. dollar alıblar ki, bu da 2024-cü ilin analoji dövründən 2% yuxarıdır.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































