Pensiyaçılarla bağlı vacib məsələ: Bu şərtə cavab verməyənlər…

Pensiyaçılarla bağlı vacib məsələ: Bu şərtə cavab verməyənlər…


Azərbaycanda pensiya məbləğinin aşağı olması barədə tez-tez müzakirələr aparılır. Digər tərəfdən, banklar məhz belə vətəndaşlar üçün xüsusi kredit paketləri təqdim edirlər. Bu isə sual doğurur: məbləği minimum ehtiyacları belə tam qarşılamayan pensiya ilə kredit götürmək nə dərəcədə realdır? Bu kreditlər əslində hansı məqsədlər üçün nəzərdə tutulub?
Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, bəzi təqaüdçülər minimum və ya aşağı pensiya alırsa, digərləri yüksək məbləğdə əldə edir:
“Hətta işləyən vətəndaşların gəlirindən dəfələrlə çox pensiya alanlar da var. Yəni bu şəxslərin gəlirləri standart deyil və fərqli səviyyələrdədir. Digər tərəfdən, Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kreditlərinin verilməsi zamanı müəyyən edilmiş tələbləri mövcuddur. Bu qaydalara əsasən, kredit götürən şəxsin aylıq ödənişi onun rəsmi gəlirinin 45 faizindən çox olmamalıdır. Bu şərtlər çərçivəsində pensiyaçılara da kredit paketləri təqdim olunur. Məsələn, hazırda 3000-5000 manat civarında yüksək pensiya alanlar kifayət qədərdir. Yəni söhbət yalnız 320 manatlıq minimum pensiya alan vətəndaşlardan getmir”.
Ekspert bildirib ki, şəxsin pensiyaçı olub-olmaması bank üçün əsas meyar deyil:
“Vacib olan onun gəlirinin stabil və rəsmi olmasıdır. Bununla yanaşı, təqaüdçülərlə bağlı bankların da nəzərə aldığı müəyyən yaş riskləri var. Ümumiyyətlə, həmin kreditlər əsasən istehlak məqsədilə verilir və pensiyaçı da onu istədiyi istiqamətdə sərf edə bilir. Bu baxımdan, onlara təqdim olunan kreditlər digərlərindən heç nə ilə fərqlənmir”.
Qeyd edək ki, hazırda Azərbaycanda minimum pensiya məbləği 320 manatdır.
Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.10.19

2025.10.18

2025.10.17

2025.10.16

2025.10.15

2025.10.14

2025.10.13

2025.10.12

2025.10.11

2025.10.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az