Azərbaycanlı sahibkar Araz Mehdiyev Şeremetyevo hava limanında ən böyük “duty free” rüsumsuz mağazalar operatorunun sahibi olmaqdan çıxıb. “RBC”-nin məlumatına görə, avqustun 25-də “Travel Retail Şeremetyevo” MMC-yə nəzarət son iki ildə şirkətə rəhbərlik etmiş Vitali Bavinə keçib.
2022-ci ildə yaradılan “Travel Retail Sheremetyevo” hava limanında rüsumsuz və rüsum ödənilən mağazaların əksəriyyətini, o cümlədən Max Mara, Hugo Boss, Swarovski və digər butikləri idarə edir. 2024-cü ildə şirkət gəlirini iki dəfə artıraraq 12,4 milyard rubla çatdırdı.
Əvvəllər Mehdiyev Domodedovo-da strukturlara və Imperial Duty Free şirkətinin səhmlərinə də sahib idi, lakin 2025-ci ilin yaz və yayında bu aktivlər Marşal adalarında qeydiyyatdan keçmiş ofşor şirkətlərə verilib.
İş adamı Qod Nisanov və Zarax İliyevin “Kiyevskaya Ploşad” qrupu ilə əlaqələri ilə tanınırdı: 2018-ci ildə o, əvvəllər iş adamı İlham Rəhimova məxsus olan bir sıra şirkətlərində səhmlər alıb. Lakin 2019-cu ildə bu səhmlər Rəhimova qaytarılıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu, oliqarx-milyarder İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Araz Mehdiyev onun kürəkənidir. Bu barədə İlham Rəhimov özü “Yeni Müsavat” qəzetinə danışıb.
Azerbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































