Rusiya Şimali Koreya ilə müqavilə bağlayıb, ona əsasən KXDR maliyyə və ərzaq yardımı alaraq Ukraynaya qarşı müharibədə iştirak etmək üçün öz ordusunu göndərəcək.
Bu barədə Cənubi Koreyanın “The Korean Herald” qəzeti Cənubi Koreya kəşfiyyatının məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Rusiyaya göndərilən hər bir Şimali Koreya əsgəri ayda təxminən 2 min dollar (3400 manat) maaş alacaq. Hesablamalara görə, Rusiya KXDR-dən 10 minə yaxın hərbçi cəlb etməyi planlaşdırır ki, bu da hər il 200 milyon dollardan çox olacaq.
Bundan əlavə, nəşrin istinad etdiyi Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiya KXDR-ə ərzaq məhsulları ilə birbaşa ödəniş edəcək.
“Şimali Koreyanın ildə istehsal etdiyi 4 milyon ton taxıl əslində ölkəni qidalandırmaq üçün lazım olandan 1 milyon ton azdır. Əgər Rusiya 600-700 min ton düyü təklif etsə, bu, Şimali Koreyanın illik tələbatını ödəmək üçün lazım olanın yarısından çoxunu ödəməyə kifayət edərdi”, - “The Korea Herald” yazır.
Cənubi Koreyanın Rusiyadakı keçmiş səfiri Vi Son Lakın sözlərinə görə, Pxenyanın hərbi kəşfiyyat peykini buraxmağa çalışdığı bir vaxtda bu saziş Şimali Koreyaya qabaqcıl kosmik texnologiyanın ötürülməsini də əhatə edə bilər. Eyni zamanda, çox güman ki, Rusiya Koreya yarımadasında münaqişə yaranacağı təqdirdə Şimali Koreyaya hərbi dəstək verməyə razılaşıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken yaxın günlərdə Kursk bölgəsində Şimali Koreyadan 8 min əsgərin peyda ola biləcəyini bildirmişdi.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































