Analitiklər dünya liderlərinin maaşlarının səviyyəsini qiymətləndiriblər. “PoliticalSalaries.com” saytında dərc olunan məlumatlar “Forbes” jurnalında təsvir edilmişdir. Bir xəbərdarlıq var ki, tamamilə bütün məmurların gəlirləri haqqında məlumat əldə etmək mümkün olmayıb.
Reytinqdə lider Sinqapurun baş naziri Lourens Vonqdur, o, ildə 1,69 milyon dollar qazanır. Rusiya prezidenti Vladimir Putin 28-ci yerdədir (113 min dollar).
İkinci yerdə illik gəliri 569,5 min dollar olan İsveçrə prezidenti Viola Amherddir. Üçüncü yeri 412,5 min dollar maaşla Avstraliyanın baş naziri Entoni Albanese tutur.
Co Bayden 400 min dollar bəyan edib və dördüncü yerdə qərarlaşıb. Reytinqdə beşinci yerdə ildə 316,7 min dollar alan Avstriya kansleri Karl Nehammer qərarlaşıb.
Altıncı yerdə illik maaşı 310,5 min dollar olan Yeni Zelandiyanın baş naziri Kristofer Lakson, yeddinci yerdə Kanadanın baş naziri Castin Trüdo (301 min dollar) qərarlaşıb. Forbes yazır ki, ilk onluğu 293,3 min dollar maaşla Almaniya kansleri Olaf Şolz, 276,4 min dollar qazanan Yaponiyanın baş naziri Şiqeru İşiba və 267,3 min dollar gəlirlə İrlandiyanın baş naziri Simon Harris tutur.
Ən aşağı maaşlar Şri-Lanka prezidenti (3900 dollar), Nigeriya (2200 dollar) və Vyetnam və Pakistan liderlərində olub. Sonuncu yerdə Efiopiyanın baş naziri Abiy Əhməd Əli (1,7 min dollar) qərarlaşıb. Serbiya, Moldova, Kamerun, Mavritaniya, Nepal, Qazaxıstan və Səudiyyə Ərəbistanı rəhbərlərinin gəlirləri barədə məlumat öyrənmək mümkün olmayıb.
Almaz Həsənli
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































