Ankara “Rosatom”un dəstəyi ilə tikilən “Akkuyu” atom elektrik stansiyasına (AES) avadanlıqların tədarükünü gecikdirən Almaniyanın “Siemens” şirkətinə qarşı tədbir görəcək. Bu barədə energetika naziri Alparslan Bayraktar məlumat verib.
“Atom elektrik stansiyasının birinci enerji blokunun tikintisi 90% başa çatıb, lakin Almaniyadan “Siemens” şirkətindən avadanlıqların tədarükü ilə bağlı çətinliklər var. Aydındır ki, siyasi motivlərlə verilmiş qərar var. “Siemens” uzun müddətdir işlədiyimiz şirkətdir”, - “Anadolu” agentliyi Türkiyənin Energetika Nazirliyinin rəhbərindən sitat gətirir.
Nazir qeyd edib ki, mövcud vəziyyət tikintini ləngidir və bu, bir neçə ay gecikməyə səbəb ola bilər.
Bayraktar “Siemens”-in qərarını heç bir hüquqi əsası olmayan və beynəlxalq sanksiyalarla bağlı olmayan siyasi motivlərlə əlaqələndirir.
Onun sözlərinə görə, “Akkuyu” atom elektrik stansiyası layihəsi yalnız 10-20 ildən sonra öz bəhrəsini verəcək, ona görə də Rusiya ilə bu sövdələşmədən əldə olunan gəlirin Ukrayna ilə müharibədə istifadə olunacağı ilə bağlı iddialar əsassızdır. Nazir xatırladıb ki, Almaniyanın Rusiya ilə də ticarət əlaqələri var.
Bayraktar Türkiyənin “Siemens”-in hərəkətlərinə mütləq cavab verəcəyini və şirkətə qarşı tədbir görəcəyini vurğulayıb.
Almaz Həsənli
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir
Gürcüstanda azərbaycanlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, sonra intihara cəhd edib














.jpg)


















.jpg)















