“Informa Connect Academy”- nın analitikləri hesab edirlər ki, amerikalı sahibkar İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyoneri ola bilər. Bu barədə “The Guardian” xəbər verir.
Mütəxəssislər ona görə belə hesab edirlər ki, son illərdə iş adamının sərvəti ildə orta hesabla 110% artıb. “Bloomberg” indi İlon Maskın sərvətini 237 milyard dollar, “Forbes” isə 241,8 milyard dollar qiymətləndirir.
“Informa Connect Academy”-nin məlumatına görə, hindistanlı iş adamı Qautam Adani ikinci trilyonçu ola bilər. O, 2028-ci ilə qədər bu məbləği qazana bilər. Bunun üçün onun sərvətinin artım tempi ildə 123% olmalıdır.
Həmçinin 2028-ci ildə “Nvidia”-nın baş icraçı direktoru Censen Huang və İndoneziyalı maqnat Pracoqo Pangestunun sərvətləri bir trilyon dəyərində ola bilər.
Hazırda 200 milyard dollarla dünyanın ən varlı adamları siyahısında üçüncü yeri tutan Fransalı iş adamı, prezidenti və “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun baş direktoru Bernard Arnaultun sərvətinin 2030-cu ildə bir trilyona çatacağına tədqiqatçılar inanırlar. Mark Zukerberqin sərvəti də belədir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























