Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") məlumat yayıb.
Bildirilir ki, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.
Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.
Qeyd edək ki, "Azərkosmos" ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq təhlillər aparır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































