Gürcüstanda Azərbaycan və Ermənistan sərhədlərinə sürətli avtomobil yollarının tikintisi
üçün tender elan edilib,bu haqda Gürcüstan KİV-i Gürcüstan Avtomobil Yolları Departamentinə
istinadən xəbər verir.
Söhbət Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Şərq-Qərb və Şimal-
Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan Rustavi-Qırmızı körpü və Algeti-
Sadaxlo yollarının hissələrinin tikintisindən gedir.Cəmi 61,3 km uzunluğunda dördzolaqlı inşa
ediləcək sürətli beton avtomobil yolunun tikintisinə 2025-ci ildə başlanacaq və işlərin
başlanmasından 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.
Layihə Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstan hökumətinin birgə maliyyələşdirməsi ilə
həyata keçiriləcək və AİB bunun üçün 250 milyon avro kredit ayırıb.
Əsas yolun hissələrinin layihələndirilməsi işləri Dünya Bankının (DB) maliyyə dəstəyi ilə
Hollandiya şirkəti tərəfindən həyata keçirilib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























