Azərbaycan və Gürcüstan, təsisçiləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Marabda-Kartsaxi” MMC-nin (Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin operatoru) törəmə müəssisələri olan “BTKI Railways” MMC birgə müəssisəsini yaradıblar.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni müəssisə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsində yerləşən hissəsinin infrastrukturunun istismarı və idarə olunmassına , həmçinin“BTQ-dən istifadə etməklə
yük daşımalarının səmərəli təşkili və yeni yüklərin cəlb edilməsinə” cavabdeh olacaq.
Bakı bildirib ki,Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də reqional nəqliyyat əlaqələrinin, xüsusən də Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək.
Azərbaycan KİV-nin məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi və genişləndirilməsi üzrə işlər başa çatıb, xəttin illik ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























