Bolt köhnə avtomobilləri daha yeni, ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz etməyə kömək edilməsi məqsədi daşıyan innovativ təşəbbüsün pilot mərhələsinin başlandığını elan edib.
Şirkətdən Yenisabah.az-a verilən məlumata görə, təşəbbüs çərçivəsində avtoparklar Boltdan yeni avtomobillərin alınması üçün təxminən 3000 manat məbləğində maliyyə dəstəyi alacaq. Bunun müqabilində bu avtoparklar müəyyən göstəricilərə cavab verməli və brendinq üzrə bonus proqramlarında iştirak etməlidirlər.
Qeyd edilib ki, təşəbbüs taksi şirkətlərinin və tərəfdaş sürücülərin elektrik və hibrid modellərə, yeni və daha səmərəli nəqliyyat vasitələrinə keçidini dəstəkləmək məqsədi daşıyır. Proqram tərəfdaşların üzləşdiyi vacib problemlərin həllinə yönəlib və eyni zamanda hökumətin ölkənin avtomobil parklarını modernləşdirmək və dayanıqlı mobilliyi təşviq etmək konsepsiyası ilə uyğunlaşır. Bundan əlavə, bu təşəbbüs bir çox sürücülərin işləməyə və gəlir qazamağa davam etməsini təmin edəcək, çünki daha müasir nəqliyyat vasitələrinə keçid onlara səfər sifarişi xidmətləri ilə işləməyə davam etməyə imkan verəcək.
Proqramın pilot mərhələsinin bir hissəsi olaraq, Bolt yayın sonuna qədər bir neçə min avtomobilin cəlb edilməsini planlaşdırır. Perspektivdə şirkət digər maraqlı tərəflərlə tərəfdaşlıq hesabına təşəbbüsün miqyasını genişləndirmək imkanlarını nəzərdən keçirir.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























