ABŞ-da yerləşən elektrik avtomobil istehsalçısı Fisker iflas elan edib.
Yenisabah.az xəbər verir ki, istehsalçı iyunun 17-də Delaver ştatında ABŞ İflas Məcəlləsinin 11-ci Fəsli üzrə iflas elan edib.
Aktivlərin satışı ilə bağlı maliyyə maraqlı tərəflərlə danışıqlar aparıldığı açıqlanıb və Fiskerin qurulduğu gündən bəri inanılmaz irəliləyiş əldə etdiyi bildirilib:
“Lakin biz də elektrikli avtomobil sənayesindəki digər şirkətlər kimi, səmərəli fəaliyyət göstərmə qabiliyyətimizə təsir edən müxtəlif bazar və makroiqtisadi proseslərlə qarşılaşdıq".
Açıqlamada, Fiskerin daha əvvəl elan etdiyi istehsalı dayandırma qərarının icrasına davam ediləcəyi qeyd edilib.
Bildirilir ki, son vaxtlar tələbin zəifləməsi, maliyyə vəsaitlərinin toplanmasındakı çətinliklər və qlobal təchizat zənciri problemləri səbəbindən rəqabətli elektrik avtomobil bazarında əməliyyat çətinlikləri yaranıb.
Qeyd edək ki, Lordstown Motors, Proterra, Electric Last Mile Solutions və Arrival iflas üçün müraciət etmiş digər elektrik avtomobil istehsalçıları arasındadır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































