2023-cü ilin son rübündə Avropada külək enerjisi istehsalı 2022-ci ilin eyni rübündən təxminən 20 faiz çox olub.
Avropanın elektrik enerjisi istehsalçıları ilk dəfə 2023-cü ilin son rübündə küləkdən kömürə görə daha çox enerji istehsal ediblər.
Bu inkişaf Avropanın regional enerji keçid səyləri üçün mühüm mərhələ kimi qiymətləndirilir.
"Ember" beyin mərkəzinin məlumatlarına görə, Avropada kommunal xidmətlər 2023-cü ilin oktyabr-dekabr dövründə külək elektrik stansiyalarından rekord 193 terawatt saat (TWh) elektrik istehsal edib. Eyni dövrdə kömürlə işləyən elektrik stansiyalarından isə 184 TWh əldə edilmişdir.
"Ember"-in məlumatlarına görə, 2023-cü ilin son rübündə Avropada külək enerjisi istehsalı 2022-ci ilin eyni rübündən təxminən 20 faiz çox olub.
Sektoru yaxından izləyən mütəxəssislərə görə, 2023-cü ildə külək enerjisi sektorunda yüksək əmək, material və maliyyə xərcləri səbəbiylə yaşanan geniş fasilələrə baxmayaraq, bu nisbətin artması böyük əhəmiyyət kəsb edir.
Avropa Parlamentinin 2023-cü ilin sonunda qəbul etdiyi və turbin istehsalçılarına maliyyə dəstəyi verən yeni siyasət sayəsində 2024-cü ildə regional külək enerjisi istehsalının daha da artırılması hədəflənib.
Bu yeni siyasətlə külək enerjisinin gələcəkdə kömür üzərindəki üstünlüyünü gücləndirəcəyi şübhəsizdir.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































