Məlum olduğu kimi, muğam sənətinin qorunması və inkişafı ilə bağlı qanun layihəsi hazırlanıb. Hansı ki, bu layihənin yaxın günlərdə qəbul edilməsi gözlənilir.
Muğam sənətinin qorunması və inkişafı ilə bağlı hüquqi bazanın formalaşması demək olar ki, bütün incəsənət və mədəniyyət xadimləri tərəfindən muğamımızın inkişafı baxımından mühüm addım kimi dəyərləndirilməkdədir.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən xalq artisti Gülyaz Məmmədova da muğam sənətinin inkişafı istiqamətində atılan bu kimi addımların təqdirəlayiq olduğunu vurğuladı:
"Təbii ki, muğamımızın inkişafı istiqamətində atılan hər bir addımı dəstəkləyir, təqdir edirik. Bildiyiniz kimi, respublikamızın I vitse-prezidenti hörmətli Mehriban xanım muğamımıza olduqca böyük dəyər verir. Muğamlarımız bütün dünyada dərin heyranlıq hissi ilə dinlənilir.
Muğam sənətinin inkişafına dövlətimiz tərəfindən çox böyük təkan verilib. Muğamımızın bütün dünyada tanıdılması, təbliği prosesi uğurla davam edir. Hansı ki, bu, çox mühüm əhəmiyyətə malik bir hadisədir. Muğamımızın sədası YUNESKO-dan, digər mötəbər qurumlardan, beynəlxalq təşkilatlardan gəlir. Basşqa xalqların, millətlərin nümayəndələri də muğamımıza çox dəyər verir, onu böyük zövqlə dinləyirlər.
Bu yaxınlarda bizim Avropadan qonaqlarımız gəlmişdi. Onlar mənim muğam sinfimi, dərs prosesini lentə aldılar. Onlar muğamımızı sevə-sevə dinlədilər və böyük təəssüratla ayrıldılar.
Bu baxımdan təbii ki, muğamlarımızın qorunması və inkişafı ilə bağlı qanun layihəsinin qəbulu arzuediləndir və bu, dövlətimizin muğamımıza verdiyi növbəti dəstək kimi yalnız təqdir edilə bilər".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































