Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunan musiqi müsabiqəsinin birinci turunun ilk konserti keçirilib.
Mediainfo.az-a MN Mətbuat Xidmətindən verilən məlumata görə, konsert Səmkirdə yerləşən "N" saylı hərbi hissənin Əsgər klubunda təşkil olunub. Müsabiqəyə Qazax və Gədəbəy rayonlarından hərbi qulluqçular və gənclər qatılıb.
Bu müsabiqə milli mədəniyyətin və incəsənətin, eləcə də hərb ənənələrinin və hərbi xidmətin təbliği, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və yaradıcılıq bacarıqlarının inkişafı, hərbi kollektivlərin möhkəmlədirilməsi, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili ilə yanaşı ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə keçirilir.
İştirakçılar müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib. Maksimal bal toplayan 78 iştirakçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıblar. Ümumilikdə müsabiqədə 154 nəfər iştirak edib.
Sonra müsabiqədə iştirak edən gənclər və hərbi qulluqçular birgə nahar ediblər.
Əsl musiqi bayramına çevrilən müsabiqə hərbi qulluqçuları və istedadlı gəncləri öz ətrafında toplayaraq onların peşəkar yüksəlişinə, təcrübə mübadiləsinə zəmin yaradır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































