Baş Prokurorluq paytaxtın Qaradağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Mediainfo.az-ın Baş Prokurorluğa istinadən məlumatına görə, iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi "Toyota" markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi "Ford" markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində "Ford" markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopalın hadisə yerində vəfat etmələri, digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və "Toyota" markalı avtomobilin sərnişini Qızılgül İbrahimovanın xəsarət alması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.
İlkin istintaqla H.Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən şübhəli şəxs qismində tutulmuşdur
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































