Oğlunu vəhşicəsinə döyən ata içki düşkünü imiş-Video

Oğlunu vəhşicəsinə döyən ata içki düşkünü imiş-Video

Gəncədə atası tərəfindən amansızcasına döyülən 14 yaşlı Ruhin Məmmədovun ailəsi acınacaqlı şəraitdə yaşayır.

Yeniyetmənin valideynləri İlham Məmmədov və Narilə Məmmədova rəsmi nikahda olsalar da, ayrı evlərdə yaşayırlar. R.Məmmədov anası və 15 yaşlı bacısı ilə zirzəmi tipli otaqda kirayədə qalır.

47 yaşlı N.Məmmədova restoran və kafelərdə qab-qacaq yuymaqla cüzi məvacib alır, övladlarını çətinliklə dolandırır.

O, ərinin çox vaxt içkili olduğunu və ailə üzvləri ilə sərt davrandığını bildirir. Elə iyunun 3-də oğlunu amansızcasına döyməsi də onun ailəsinə münasibətini göstərir.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Gəncədə 14 yaşlı oğlanın atası tərəfindən döyülməsi barədə xəbərlər və yeniyetmənin bədənindəki zərbə izlərini əks etdirən videogörüntü yayılmışdı.

İ.Məmmədov artıq polis orqanları tərəfindən saxlanılıb və barəsində qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Axar.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az