Rusiya polisi xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankinin qətlə yetirilməsi ilə əlaqədar 7 ermənini saxlayıb.
Polis Moskvada inşaat şirkətlərindən birinin rəhbəri David Yegizaryanı həbs edib. Beləliklə, qətl hadisəsi ilə əlaqədar 7 nəfər, o cümlədən Rusiya vətəndaşları Sergey Xocayan, Rudik Manukyan, Artur Akobyan və Suren Markosyan, Ermənistan vətəndaşları Narek Stepanyan və Saak Saakyan saxlanılıblar. Sergey Xocayan qətli törətməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilir.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisənin bütün iştirakçıları müəyyən edilib. Onlardan bir neçəsi barədə axtarış elan olunub.
Xatırladaq ki, Nikita Belyankin iyunun 2-də Moskva vilayətinin Krasnoqorsk rayonunda milliyyətcə rus olan iki nəfərin çoxlu sayda erməni tərəfindən döyülməsinin şahidi olub. Təklənmiş şəxslərə köməyə gələn Belyankin ürəyindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib. (AZƏRTAC)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































