Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağından, şəffaf rəngli sellofana bükülü 2 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 6 ədəd büküm aşkarlanıb. Baxış zamanı 1 ədəd bağlamada təqribi çəkisi 16,13 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə təqribi çəkisi 2,17 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin, 4 ədəd bükümdə isə təqribi çəkisi 4,46 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək aşkar olunub.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































