Amerikanın Konnektikut ştatının Nyu-Heven şəhərində yerləşən Türk Diyanet məscidində yanğın törədilib.
Bu haqda "Daily Sabah" portalı məlumat yayıb. Məscidin qəsdən yandırıldığı bildirilir. Hadisə nəticəsində müsəlman ibadətgahına böyük maddi ziyan dəydiyi deyilir. Yanğın məscidin girişindən başlayıb. Lakin yanğınsöndürənlər yetişənədək alov 3-cü mətrtəbəyə kimi yayılıb. Xoşbəxtlikdən yanğın nəticəsində zərər çəkən olmayıb.
Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğundan bildirilib ki, hazırda cinayətkarların axtarışları davam edir. Polis onların tapılmasına yardım edəcək istənilən informasiya verən şəxsə 25 min dollarlıq pul mükafatı vəd edib.
Məscidin yandırılması Birləşmiş Ştatlardakı Türk diasporunu kədərləndirib. Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlu ibadətgahın yandırılmasını "ikrah doğuran bir hərəkət" adlandırıb və ABŞ hökumətini cinayətkarların mümkün qədər tez həbs edilməsinə çağırıb.
Türkiyə Prezidentinin məsləhətçisi İbrahim Kalin bu hücumu ABŞ-da güclənməkdə olan islamofobiya və müsəlmanlara qarşı nifrətin növbəti təzahürü kimi dəyərləndirib. (moderator.az)
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































