Yerevanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat naziri Qaqik Beqlaryanın adı üç cinayət işində hallanır.
Bu barədə "Past" qəzeti məlumat yayıb.
Bildirilib ki, Qaqik Beqlaryana qarşı müxtəlif sui-istifadə hallarına görə cinayət işi başlanılıb: "Bura Yerevanın meri olan zaman Şimal-Cənub yolunun tikintisinə ayrılan vəsaitin mənimsənilməsi də daxildir".
Qəzetin yazdığına əsasən, yaxın zamanda Ermənistan ictimaiyyəti daha bir böyük cinayətin üstünün açılmasının şahidi olacaq.
Qeyd edək ki, bu ilin aprel ayında Beqlaryan Şimal-Cənub avtomobil yolunun tikintisinə sərf edilən xərclərlə bağlı İstintaq Komitəsində ifadə verib.
Serj Sarqsyanın hakimiyyəti zamanı Prezident Administrasiyasının əməkdaşı Aram Kandanyanı döydüyü üçün Beqlaryana qarşı cinayət işi açmaq istəsələr də, sonradan uyğun qurumlar bunu davam etdirməyiblər.
Keçmiş mer və nazir Ermənistanda qalmaqallı dövlət məmuru sayılıb. Beqlaryanlar ailəsinin qanunsuz yolla milyonlara sahib olduğu barədə məlumatlar yayılıb. Akop Beqlaryan Respublikaçılar Partiyasından deputat olub. O, Şəhərsalma üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.
Qaqik Beqlaryan Ermənistanda "mafioz" kimi də tanınır.
Xatırladaq ki, "Qara Qaqo" ləqəbli Beqlaryan 1964-cü il yanvarın 1-də Yerevanda doğulub. 1993-cü ildə Ermənistan parlamentinə deputat seçilib. 2006-cı ildən keçmiş hakim Respublikaçılar Partiyasının üzvüdür. Hazırda bu partiyanın icraiyyə komitəsinin rəhbərliyinə daxildir. 2002-2009-cu illərdə Yerevan şəhərində "Kentron" icmasının başçısı olub. 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində işləyib. (report)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































