Xətai rayonunda 35 ildən artıq yaşı olan yaşıllıq ərazi bir gecədə məhv edilib. Oradakı 25 meyvə ağacı kəsilib, xeyli ağac isə köçürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, ağacların kəsilməsi ilə bağlı mülkiyyətçiyə heç bir müsbət rəy verilməyib.
Ağacların çoxu kəsilib, bir qismi isə çıxarılaraq başqa əraziyə köçürülüb...
Görüntülər Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəndir. Buradakı ağacların əksəriyyəti 3 gün əvvəl naməlum şəxslər tərfindən kəsilib. Sakinlər bildirirlər ki, ağacların çoxu 35 il əvvəl əkilib.
Sakinklər deyirlər ki, yaşıllığı məhv edənlər əvvəlcə heç bir ağacın kəsilməyəcəyinə dair vəd veriblər. Lakin bir gecənin içərisində bu xoşagəlməz mənzərə yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları apardığı araşdırmalar nəticəsində məlum olub ki, mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib. Nazirlikdən bildirilib ki, ötən ay sözgedən ünvanda ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub və baxış keçirilib. Ondan əvvəl isə həm mülkiyyətçinin oğlu Rüstəm Temirov, həm də Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ağacların kəsilməsi və köçürülməsi ilə bağlı müraciət olunub. Lakin yaşıllıqların toxunulmaz qalması məqsədəuyğun hesab edilib.
Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
© xezerxeber.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır




.jpg)

.jpg)
















































