Avtomobil ehtiyat hissələri aşkarlandı

Avtomobil ehtiyat hissələri aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "Mercedes Travego" markalı nəqliyyat vasitəsi saxlanılıb və avtomobili idarə edən Türkiyə Respublikasının vətəndaşı şifahi sorğu-sual edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin yük yerindəki pilləkənin altında, gizli saxlanc yerində 3 ədəd metal qəlib, ümumulikdə 25 adda 21 qutu və 59 ədəd avtomobil ehtiyat hissəsi, 3,4 kq metal oxlar, 14 kq inşaat materialı və 5 kq tibbi ləvazimat aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az