Qeyri-qanuni dərman preparatları aşkar edildi

Qeyri-qanuni dərman preparatları aşkar edildi

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttində Rusiya Federasiyası istiqamətindən gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu zaman nəqliyyat vasitəsinin yük yerindəki qara polietilen paketin içərisində "Tamoksifen 20 mq" markalı 300 ədəd dərman preparatının boş qutusu, avtomobilin alt hissəsindəki ehtiyat təkərin ortasında olan boşluqda isə "Tamoksifen 20 mq" markalı 11400 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az