Bakı Şəhər Təhsil İdarəsi bu gün 321 nömrəli məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı yerə dəyib.
Məktəbə təcili-tibbi yardım çağırılıb. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb.
BŞTİ-dən bildirilib ki, şagirdin güclü baş ağrıları olduğu üçün valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, yayılan xəbərlərdə 12 yaşlı şagird müəllim tərəfindən döyüldüyü qeyd edilmişdi. O, xəstəxanaya yerləşdirilmişdi. Səhiyyə Nazirliyi xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirildiyini bildirmişdi. Ona kəllə beyin travması diaqnozu qoyulub.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































