İntihar edən məktəbli ilə bağlı cinayət işi qaldırılıb

İntihar edən məktəbli ilə bağlı cinayət işi qaldırılıb

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az