"Məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb"

"Məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb"

Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana qəsdən yandırılıb.

Bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib: "Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var".

Qeyd edək ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər. 6 nəfər isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az