Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, "Liverpul" "Enfild"də "Portu"nu qəbul edib. Meydan sahibləri Keytanın və Firminonun birinci hissədə vurduğu iki qolla qalib gəliblər.
"Mançester Siti" isə səfərdə "Tottenhem"lə bacara bilməyib. Görüşün taleyini Xin Minin 79-cu dəqiqədə vurduğu qol həll edib.
Komandalar arasında cavab oyunları aprelin 17-də keçiriləcək.
Çempionlar Liqası
1/4 final
."Liverpul" (İngiltərə) – "Portu (Portuqaliya) - 2:0
Qol: N. Keyta,5 (1:0), R.Firmino, 26 (2:0)
"Tottenhem" (İngiltərə) – "Mançester Siti" (İngiltərə) - 1:0
Qol: S. X. Min, 79
İstifadə olunmayan penalti: Serxio Aquero ("Mançester Siti"), 13