Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz C 180" markalı minik avtomobili saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, baxışdan əvvəl qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilən vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı minik avtomobilinin salonundakı qadın çantaları və pivə qutularının içərisində 8600 ədəd "Marlboro filter plus" markalı siqaretlər və 16 ədəd "Moskovskaya" markalı spirtli içkilər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır








.jpg)

.jpg)












































