“Azəri-İNT” MMC məhkəməyə verilir

“Azəri-İNT” MMC məhkəməyə verilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlif cinsli ağac və kol bitkilərinin kəsildiyi aşkar edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, araşdırma zamanı ağac və kolların "Azəri-İNT" MMC tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 17080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Prokurorluğuna göndərilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az