Dövlət başçısı 2003-cü ildən etibarən xalqın yanında olduğunu dəfələrlə sübut edib və Bakının Nizamı rayonu ərazisindəki ticarət mərkəzində baş verən yanğın zamanı bunu növbəti dəfə nümayiş etdirdi.
Bunu deputat Fəzail Ağamalı parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət hər zaman belə kataklizmlər zamanı vətəndaşın yanında olub.
"Ancaq hesab edirəm ki, hər belə hadisə baş verəndə məsuliyyəti dövlətin üzərinə qoymaq düz deyil. Hesab edirəm ki, gələcəkdə də buna oxşar hadisələrin olacağı qaçılmazdır. Biz elə etməliyik ki, belə hadisələr baş verəndə məsuliyyəti sığorta şirkətləri üzərinə götürsün. Etiraf etməliyik ki, bu gün Azərbaycandakı sığorta şirkətləri üzərinə düşən vəzifəni yerinə yetirmir. Ona görə də xalqın sığorta şirkətlərinə inamı azdır. Vətəndaş daşınan, daşınmaz əmlakını sığortalayır, ancaq sığorta hadisəsi baş verəndə sığorta şirkətləri vətəndaşı süründürməçiliyə salır. Odur ki, biz sığorta institutunu işlək vəziyyətə gətirib, bu quruma olan inamı artırma mexanizmi işlənilib hazırlanmalıdır. Təklif edirəm ki, çıxış yolu kimi xarici sığorta şirkətlərini Azərbaycana dəvət etməliyik", - deyə millət vəkili bildirib(.ölkə.az)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































