Avtomobildə gizlədilmiş spirtli içki və dərman preparatları aşkarlanıb

Avtomobildə gizlədilmiş spirtli içki və dərman preparatları aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK-dan verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 16 ədəd üzərində "Nemirovskaya" yazısı olan spirtli içki və 2900 ədəd üzərində "Afrika şiri" yazısı olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az