Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq... - VİDEO

Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq... - VİDEO

Bakıda 25 yaşlı gənc qızıl mağazalarından eyni üsulla müxtəlif qızıl dəstlər ələ keçirib. O, internet üzərindən qızıl sifariş verib və ünvana çatdırılan qızılları götürərək aradan çıxıb.

Əbdürrəhimov Murad Mehman oğlu öncə qızıl mağazalarının "İnstagram" hesablarına yazaraq qızıl dəstə almaq istədiyini bildirib.

Sonra isə seçdiyi dəstlərin onun ünvanına çatdırılmasını istəyib. Beləliklə, qızılları əldə edən Murad aradan çıxıb.

Satıcının sözlərinə görə, Murad onlardan oğurladığı qızılı başqa bir mağazaya dəyərindən aşağı qiymətə satıb.

Məsələ ilə bağlı Sabuncu polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az