Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan olunan hər hansı bir predmetin olmadığını bildirib.
Bundan sonra nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0.8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.