Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Avropa İttifaqı Şurası Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə və onun ətrafındakılara qarşı tətbiq etdiyi sanksiyanın müddətini daha bir il uzadıb.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının rəsmi bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, bir nəfər istisna olmaqla Yanukoviç və ətrafındakılara qarşı sanksiyanın müddəti daha bir il uzadılıb. Əvvəllər verilən məlumata görə, yalnız Avropa məhkəməsinin qəbul etdiyi qərara əsasən sanksiya siyahısında olan Andrey Klyuyevin adı oradan çıxarılacaq.
Xatırladaq ki, sanksiyaya məruz qalan eks prezident Yanukoviç və onun ətrafındakı 12 nəfər vəzifəsindən sui-istifadə etməkdə günahlandırılır.