Mobil telefonlar üçün ekranlar aşkarlanıb

Mobil telefonlar üçün ekranlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 318" markalı avtomobil idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, qabaq sol tərəf qapının altında xüsusi düzədilmiş gizli saxlanc yerindən 180 ədəd müxtəlif markalı telefonlara aid ekranlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az