İtaliyanın ən təhlükəli cinayətkarlarından biri, ölkənin güclü "Kamorra" mafiya təşkilatının bossu Marko Di Lauro həbs edilib.
Bu barədə İtaliyanın daxili işlər naziri Matteo Salvini məlumat verib. Mafiya lideri Neapolda xüsusi əməliyyat nəticəsində yaxalanıb.
Beynəlxalq axtarışda olan 38 yaşlı Di Lauro "Koza nostra" mafiya qruplaşmasının rəhbərlərindən biri olan Matteo Messini Denarodan sonra siyahıda ikinci yerdə olub. Hüquq-mühafizə orqanları onu son 14 il ərzində Avropa, Asiya və Latın Amerikası ölkələrində axtarıblar.
2012-ci ilin mayında Neapol Apellyasiya məhkəməsi Di Lauro haqda qiyabi olaraq ömürlük həbs qərarı çıxarıb.
Üç il əvvəl xarici görünüşünü dəyişmək üçün plastik əməliyyat etdirib. Asayiş keşikçilərindən gizlənmək üçün dəfələrlə qadın libası geyinib.Qafqazinfo
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































