Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-211440" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı, nəqliyyat vasitəsinin salonunda sağ ön oturacağın ayaqaltısının alt hissəsində xüsusi düzəldilmiş saxlanc yerində, eləcə də arxa təkərlərində gizlədilmiş 9 ədəd üzərində "X-innova" yazısı olan, 44 ədəd üzərində "Kgtel" yazısı olan, 15 ədəd üzərində "Adscn" yazısı olan mobil telefonlar, 135 ədəd qidalandırıcı və mobil telefon üçün 135 ədəd qutu aşkar olunub.
Faktla bağlı araşdırma aparılır




Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































