PKK tərəfdarları Avropa Şurasının binasına hücum ediblər

PKK tərəfdarları Avropa Şurasının binasına hücum ediblər

PKK terror təşkilatının 40-dan çox tərəfdarı Fransanın Strasburq şəhərində Avropa Şurasının binasına hücum ediblər.

Onlar binaya daxil olduqdan sonra şüşələri sındırıblar və ətrafa maddi ziyan vurublar.

PKK tərəfdarları təşkilatın lideri Abdullah Öcalanın sərbəst buraxılmasını tələb ediblər.

Mühafizəçilərin müdaxiləsi nəticəsində qısamüddətli çaxnaşma düşüb. Əraziyə polislər cəlb edilib və 43 nəfər saxlanılaraq polis idarəsinə aparılıb.

Qeyd edək ki, ötən ildən bəri Avropa Şurasının binası 3 dəfə hücuma məruz qalıb. Qafqazinfo

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az