Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, Ukrayna Respublikası vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi "Renault" markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasının Malayer şəhərindən Ukrayna Respublikası Odessa şəhərinə "kişmiş" yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb və nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman "Renault" markalı yük nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan "kişmiş" yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə nəqliyyat vasitəsinin ön divarında, soyuducu qurğusunun aşağısında, xüsusi düzəldilmiş yerdə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54 ədəd yastı dördkünc formalı bağlama aşkar edilib. Gömrük yoxlaması tam başa çatdıqdan sonra 54 ədəd bağlamanın qablaşdırılması ilə birlikdə çəkisi 28400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.




Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































