İŞİD-in təbliğat və edam videolarını səsləndirən şəxs tutuldu.
35 yaşlı Afrika əsilli Kanada vətəndaşı Məhəmməd Xəlif adlı şəxsi "Suriya demokratik qüvvələri"nin döyüşçüləri ələ keçirib.
Məhəmməd Xəlif İŞİD-in bütün dünyaya yayılan ingilisdilli video və audioyazısını, o cümlədən, əsirlərin edam edilməsi görüntülərini səsləndirib.
Səsyazmalarda Xəlifin səsinin yer aldığını artıq üç müstəqil ekspert və ABŞ rəsmisi təsdiqləyib. Mütəxəssizlər Xəlifin səsinin terrorçuların öz təbliğatları üçün istifadə etdikləri səslər arasında dünyada ən çox tanınan ingilisdilli səs olduğunu bildiriblər.
Xəlif "The New York Times" verdiyi açıqlamasında, əməllərindən peşman olmadığını bildirib.
Onun sözlərinə görə, səsyazmalar peşəkar avadanlıqlarla həyata keçirilib və prosesi belə izah edib: "Səs sadəcə səs idim. Senarini xatırladaq mətni mənə verirdilər, redaktə edirdim,sonra isə səsyazma edirdik. Supervayzer mətnin hansı hissəsini xüsusi vurğulamaq lazım olduğunu mənə deyirdi".
Məhəmməd Xəlif hazırda Suriyada həbsdədir.(baku.vvs)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











