Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...

Vergilər Nazirliyini "ağ gün"ə çıxardı, indi də əmanətləri sığortalayacaqmış...

Vergilər Nazirinin sabiq müşaviri, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsində işləyən Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxıb.

Vergilər naziri Fazil Məmmədovun dövründə H. Məmmədov hər ay 120 min manat paket şəklində pul alırmış. Bu proses 2015-ci ildə olan birinci devalvasiyaya qədər davam edib. Devalvasiyadan sonra isə müşavirin alacağı məbləğ 70 minə qədər azaldılıb.

Fazil Məmmədov işdən azad olunandan sonra isə yeni vergilər naziri Mikayıl Cabbarov bu məbləği ləğv edib və H. Məmmədovu tutduğu vəzifədən azad edib.

Xatırladaq ki, Məmmədov Habil Amil oğlu sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb.

Bu yaxınlarda isə o, Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.(unikal.org)

Moderator.az-ın replikası:

Habil Məmmədovun adının Fazil Məmmədovun "qara kassası" kimi illərdi, aylardı mediada və sosial şəbəkələrdə hallandırıldığı halda onun sudan quru çıxması heç cür başadüşülən deyil. Ölkə prezidenti son dövrlər müxtəlif tədbirlərdə Fazil Məmmədovun dövründə vergi sistemində baş verən total qanunsuzluğu haqlı olaraq ittiham edərək onların sahibkarlığa qənim kəsildiklərini dilə gətirib. Elə isə, Fazil Məmmədovun "sağ əli" hesab olunan bir adama niyə bu cür nəvaziş, himayədarlıq göstərilir? Olmaya Habil Məmmədov əvəzolunmaz kimlər üçünsə persona statusundadır? Hər halda məntiqlə onun yeri səhv düşüb...

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az