Məşhur "maps.me" offlayn xəritədə Azərbaycan əraziləri Dağlıq Qarabağ Respublikası kimi göstərilib.
Xəritədə Dağlıq Qarabağın ayrıca Respublika kimi qeyd olunması Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.
Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini xəritədə düzgün göstərməyən "maps.me" beynəlxalq hüquq normalarını kobud şəkildə pozub.
Məsələ ilə bağlı baku.vvs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Maps.me" oflayn mobil xəritə tətbiqində Azərbaycanın tarixi ərazilərinin "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunmasına etiraz əlaməti olaraq, səhvin düzəldiməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qarşı tərəfə müraciət ünvanlanıb.
Qeyd olunan məsələnin diplomatik kanallar vasitəsi ilə həll olunmasına dair Xarici İşlər Nazirliyinə də müraciət olunub.

Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











