Rusiyanın Dağıstan Muxtar Respublikasınln nazirliklərində vəzifələr "satan" Dərbənd şəhərinin 32 yaşlı sakini Beytulla Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun cinayət əməlindən zərər çəkən 10-a qədər şəxsin adı məlumdur.
Fırıldaqçı göstərdiyi "xidmət" qarşılığında ən azı 15 milyon rubl əldə edib. Məlumata görə, o, Dağıstan Xalq Məclisinin deputatı Leyla Kərimovanın köməkçisi olmasından sonra məmur vəzifələrinin satışı ilə məşğul olmağa başlayıb. O, insanları öz imkanlarına inandırmaq üçün həmin şəxslərə respublikanın birinci adamları ilə fotolarını, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə guya ona verilmiş saxta fəxri fərmanları göstərirmiş.
Dələduz təhsil nazirinin müavini vəzifəsi üçün 4 milyon, rayonun başçısı olmaq üçün 2-3 milyon rubl tələb edirdi. Baş nazir olmaq isə 5 milyon rublla mümkün imiş.
Bundan başqa, Cavadov dövlət proqramı üzrə ev alınmasında kömək edəcəyinə söz verib. Uşaqlı ailə mənzilin alınması prosesini sürətləndirmək üçün ona 300 min rubl verib.
Cavadov fevralın 11-də saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Cavadovun hərəkətlərindən zərər çəkənlərdən polisə müraciət etmələrini xahiş edib.
Publika.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır










.jpg)

.jpg)










































